Konqo azarkeşləri "Messi! Messi!" deyərək Ronaldonu “ələ saldılar” - VİDEO

Konqo azarkeşləri "Messi! Messi!" deyərək Ronaldonu “ələ saldılar” - VİDEO

Hazırda oxunan: Konqo azarkeşləri "Messi! Messi!" deyərək Ronaldonu “ələ saldılar” - VİDEO

619967

Demokratik Konqo Respublikasının (DKR) azarkeşləri 2026-cı il dünya çempionatının qrup mərhələsinin birinci turunda qeydə alınan heç-heçə nəticədən sonra Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu ələ salıblar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "India Today" nəşri yayıb.

Mənbənin məlumatına görə, azarkeşlər matç bitdikdən sonra tribunaltı otağa yollanan 41 yaşlı futbolçuya tərəf uca səslə "Messi! Messi!" deyə qışqırıblar. Ronaldo isə fanatların bu hərəkətinə heç bir reaksiya verməyib.
 

Qeyd edək ki, qarşılaşmanın 6-cı dəqiqəsində portuqaliyalı Joau Neveş hesabı açsa da, ilk hissənin sonunda Konqo millisinin oyunçusu Yoan Visa tarazlığı bərpa edib və oyun 1:1 hesabı ilə başa çatıb.


Kriştiano Ronaldo bu oyuna 41 yaş 132 günlüyündə start heyətində çıxmaqla dünya çempionatları tarixində meydana çıxan ən yaşlı sahə oyunçusu kimi rekorda imza atıb. O, həmçinin karyerasında 6-cı dəfə dünya çempionatında iştirak etməklə Lionel Messinin bu sahədəki rekordunu təkrarlayıb.

Xatırladaq ki, iyunun 11-də start götürən DÇ-2026 iyulun 19-dək ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə davam edəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO