Əsgərliyə getməyən futbolçu ilə bağlı zarafat qalmaqala SƏBƏB OLDU

Əsgərliyə getməyən futbolçu ilə bağlı zarafat qalmaqala SƏBƏB OLDU

Hazırda oxunan: Əsgərliyə getməyən futbolçu ilə bağlı zarafat qalmaqala SƏBƏB OLDU
619636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı il FIFA Dünya Kubokunda çıxış edən Cənubi Koreya milli komandası meydandan kənarda baş verən hadisələrlə gündəmə gəlib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, bəzi jurnalistlərin komandanın kapitanı Son Hyun Minin hərbi xidmət keçməməsi ilə bağlı öz aralarında etdiyi istehzalı söhbətlər ictimaiyyətə sızıb.
 

Ortaya çıxan səs yazıları ölkədə geniş müzakirələrə səbəb olub. Baş verən qalmaqaldan sonra Cənubi Koreya millisinin mətbuat katibi vəzifəsindən ayrılıb. Hadisə ilə əlaqədar federasiya daxilində də təcili toplantıların keçirildiyi bildirilir.


Qalmaqalın böyüməsindən sonra Cənubi Koreya tərəfi sərt addım atıb. Məlumata görə, milli komanda Dünya Kuboku müddətində media ilə əlaqələri müvəqqəti dayandırmaq qərarı verib. Komandanın turnirin qalan hissəsində heç bir mətbuat konfransında iştirak etməyəcəyi, futbolçuların isə jurnalistlərin suallarını cavablandırmayacağı bildirilib.

Qeyd edək ki, Qalmaqalın mərkəzində yer alan Son Hyun Min daha əvvəl Cənubi Koreya yığmasının 2018-ci il Asiya Oyunlarında çempion olması sayəsində məcburi hərbi xidmətdən azad olunmuşdu. Sızdırılan səs yazılarında bu məsələ ilə bağlı səsləndirilən fikirlərin komanda daxilində narazılıq yaratdığı iddia olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO