Acunun komandası millimizin üzvünü istəyir

Acunun komandası millimizin üzvünü istəyir

Hazırda oxunan: Acunun komandası millimizin üzvünü istəyir
619378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi"nin qapıçısı Rza Cəfərov karyerasını xaricdə davam etdirməyə yaxındır.

Bizim.Media azerisport.com-a istinadən xəbər verir ki, millimizin gənc qolkiperinə ən ciddi maraq göstərən klub Sloveniyanın "Maribor" kollektivdir.

Sloveniyalılar transferi artıq bu yay başa çatdırmaq niyyətindədirlər.

Bundan əlavə, Cəfərov Rumıniyanın "Dinamo" (Buxarest), İranın "Traktor" və Finlandiyanın HİK kimi klublarının da transfer siyahısında yer alır. "Ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun da Rzaya şans vermək istədiyi bir vaxtda gənc qapıçının hansı addımı atacağı hələlik dəqiqləşməyib.
 

Qeyd edək ki, Cəfərovun "Neftçi" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Qəbələ"də keçirib.


"Maribor" klubunun sahibi türkiyəli iş adamı Acun İlıcalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO