“Karvan-Yevlax”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

“Karvan-Yevlax”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

Hazırda oxunan: “Karvan-Yevlax”ın qapıçısı Premyer Liqa klublarının hədəfində

615735

“Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuş klubu tərk edə bilər.

Bizim.Media xəbər verir ki, portuqaliyalı qolkiper bölgə təmsilçisi ilə yeni müqavilə imzalamaq niyyətində deyil. O, I liqada çıxış etmək istəmir və bu səbəbdən təklifləri dəyərləndirəcək.

“İmişli” və “Araz-Naxçıvan” Pedronun xidmətində maraqlıdır. Lakin qapıçı ilə danışıqlar hələ başlamayıb.

“İmişli”də qolkiper Andrey Sinenka, “Araz-Naxçıvan”da isə Kristian Avramla yolların ayrılması gündəmdədir. Klublar əvəzləyici kimi Pedro variantını nəzərdən keçirir.

Mateuş 2025/26 mövsümündə Premyer Liqada 19 oyunda 35 qol buraxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO