Azər Bağırov “Kəpəz”dən ayrılacaq – ÖZƏL

Azər Bağırov “Kəpəz”dən ayrılacaq – ÖZƏL

Hazırda oxunan: Azər Bağırov “Kəpəz”dən ayrılacaq – ÖZƏL

614287

Xəbər verdiyimiz kimi, “Kəpəz”in baş məşqçisi Azər Bağırovun komandadan ayrıla biləcəyi barədə iddialar yayılıb. Bildirilir ki, Gəncə klubunu Premyer Liqada saxlamasına baxmayaraq, təcrübəli mütəxəssisin klubdan gedişi an məsələsidir. Hətta Bağırovun Premyer Liqanın digər klubu “Şamaxı” ilə ilkin razılıq əldə etdiyi də iddia olunur.

Bəs görəsən real vəziyyət necədir? Azər Bağırovun “Kəpəz”dəki taleyi necə olacaq?

Məsələ ilə bağlı mütəxəssisin özü ilə əlaqa saxladıq. Baş məşqçi Bizim.Media-ya özəl açıqlamasında “Kəpəz”dən ayrılacağını təsdiqləyib:

“Mövsümün sonunda “Kəpəz”dən ayrılacağam. Bu artıq dəqiqdir. Sonuncu turdan sonra komanda ilə yollarımız ayrılacaq. Əslində klub rəhbərliyinin mənə qarşı ciddi iradları yoxdur.
 

Qarşıma qoyulan əsas vəzifənin öhdəsindən gələrək “Kəpəz”i Premyer Liqada saxlamağı bacardım. Buradan ayrılmağımın əsas səbəbi şəxsi istəyimlə bağlıdır. Çünki karyeramda dəyişiklik etmək istəyirəm. Ona görə də ayrılmağa qərar verdim.


O ki qaldı növbəti mövsümdə “Şamaxı”da çalışacağıma, bununla bağlı hələ dəqiq bir şey yoxdur. Müəyyən digər variantlar da olduğuna görə, ciddi götür-qoy edib, dəqiq qərar verəcəyəm”.

Qeyd edək ki, əvvəllər də “Kəpəz”də çalışan Azər Bağırov bu mövsümün gedişində komandanın baş məşqçisi təyin olunmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO