“Real” dalaşan futbolçuları 500 min avro CƏRİMƏLƏDİ

“Real” dalaşan futbolçuları 500 min avro CƏRİMƏLƏDİ

Hazırda oxunan: “Real” dalaşan futbolçuları 500 min avro CƏRİMƏLƏDİ

612041

"Real" ötən gün komandanın məşqindən sonra dalaşan futbolçular - Federiko Valverde və Orelyen Çuameni ilə bağlı qərar verib.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu 500 min avro məbləğində cərimələnib.

"Kral klubu"nun açıqlaması belədir:

"Dünən oyunçularımız Federiko Valverde və Orelyen Çuameni barəsində intizam icraatının açılmasına səbəb olan hadisələrdən sonra, hər iki futbolçu bu gün istintaq məmurunun qarşısında ifadə verib.

Sözügedən ifadə zamanı oyunçular baş verənlərə görə tam peşman olduqlarını bildirib və bir-birlərindən üzr istəyiblər.

Eyni zamanda, onlar kluba, komanda yoldaşlarına, məşqçi heyətinə və azarkeşlərə üzrxahlıqlarını çatdırıb, klubun münasib bildiyi hər hansı sanksiyanı qəbul etmək üçün "Real"ın ixtiyarında olduqlarını bəyan ediblər.

Bu halları nəzərə alaraq, "Real" hər bir oyunçuya 500 min avro məbləğində pul cəzası kəsilməsinə qərar vermiş və bununla da müvafiq daxili prosedurları yekunlaşdırmışdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO