Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? – Özündən AÇIQLAMA

Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? – Özündən AÇIQLAMA
611081
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir müddət öncə “Araz Naxçıvan” klubundan ayrılan baş məşqçi Elmar Baxşıyevlə bağlı yeni iddialar yayılıb. 

Belə ki, təcrübəli mütəxəssislə Azərbaycan Premyer Liqasının bir neçə klubunun maraqlandığı bildirilir.

Hətta Baxşiyevin hazırda “Şamaxı” klubu ilə danışıq apardığı və növbəti mövsüm bu komandaya rəhbərlik edəcəyi gözlənilir. Milli komandaya rəhbərlik edən Ayxan Abbasovun bölgə klubundan ayrıldıqdan sonra “Şamaxı”ya məhz Baxşıyevin baş məşqçi təyin olunacağı gözlənilir. 

Məsələ ilə bağlı Elmar Baxşıyevin özü ilə əlaqə saxladıq. Mütəxxəssis Bizim.Media-ya açıqlamasında hazırda istirahət etdiyini və heç bir klubla danışıq aparmadığını diqqətə çatdırıb:

“Hazırda heç bir klubla danışıq aparmıram. İstirahətdəyəm. Hansısa xəbərlər yayılıbsa, bu düzgün deyil. Heç bir klubdan da təklif almamışam. Əlbəttə, təklif gəlsə razılaşmaq olar. Ancaq bunun üçün ilk növbədə həmin komandanın strategiyası və məqsədi ilə tanış olmalıyam. Təbii ki, tələblər məni qane etsə, hansısa klubla çalışa bilərəm”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO