Güləş millimizdən 2022-ci ilə uğurlu START

Güləş millimizdən 2022-ci ilə uğurlu START

Hazırda oxunan: Güləş millimizdən 2022-ci ilə uğurlu START
61058
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bolqarıstanda keçirilən Dan Kolov-Nikola Petrov beynəlxalq turnirinə yekun vurulub.

Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, fevralın 17-dən 20-dək davam edən Memorial sərbəst güləşçilərimiz üçün ilin ilk yarışı olub və 2022-ci ilə start uğurlu alınıb.

Belə ki, baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Veliko-Tırnovo şəhərində xalçaya çıxan 12 pəhləvanımızdan 8-i fəxri kürsüyə qalxıb.

Cəmi 4 idmançımız medalsız qalıb ki, onların da 3-ü məhz zədələndiyi üçün mübarizəni sonadək davam etdirə bilməyib.

Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) yarışın baş mükafatına yiyələnib.

Turan Bayramov (74 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medal qazanıb.

Abakarov həm də turnirin ən yaxşı sərbəst güləşçisi mükafatına sahib çıxıb. Beləliklə, komandamız yarışı 3 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. 

Qeyd edək ki, millimiz üçün növbəti sınaq fevralın 24-27-dək İstanbulda keçiriləcək ilin ilk reytinq turniri olacaq. Türkiyədəki yarışda yığmamızın digər üzvlərinin iştirakı nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO