Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Hazırda oxunan: Millimiz Qazaxıstana qalib gəldi

609763

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda qələbə qazanıb.

Bizim.Media xəbər verir ki, komanda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivini üstələyib.
 

Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.


Oyunsonrası penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 daha əvvəl Rusiya millisinə uduzub - 0:5. Komanda turnirdə son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO