“Avropanın ən güclüsüyük” - Mikayıl Cabbarovdan təbrik - FOTO

“Avropanın ən güclüsüyük” - Mikayıl Cabbarovdan təbrik - FOTO

Hazırda oxunan: “Avropanın ən güclüsüyük” - Mikayıl Cabbarovdan təbrik - FOTO

608860

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov yunan-Roma güləşi üzrə milli komandanı Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında komanda hesabında qələbə qazanması münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, o, “Avropanın ən güclüsüyük!” deyə vurğulayaraq, yığmanın növbəti uğurunun bütün ölkədə qürur hissi doğurduğunu bildirib.

Mikayıl Cabbarov milli komandanın aparıcı üzvlərinin nəticələrini xüsusi qeyd edib.

Bildirilib ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov ardıcıl dördüncü dəfə Avropa çempionu olaraq adını tarixə yazdırıb.

82 kiloqramda mübarizə aparan Qurban Qurbanov isə titulunu qoruyaraq yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışda bürünc medalları Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) qazanıblar.

Federasiya rəhbəri idmançıları, onların məşqçilərini və ailələrini bu mühüm uğur münasibətilə təbrik edib, Azərbaycan idmanının beynəlxalq arenadakı qələbələrinin davam edəcəyinə əminliyini ifadə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO