Suma Azərbaycanda hansı kluba KEÇƏCƏK?

Suma Azərbaycanda hansı kluba KEÇƏCƏK?

Hazırda oxunan: Suma Azərbaycanda hansı kluba KEÇƏCƏK?
608696
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveçin “Malmö” klubunun hücumçusu Salifu Suma “Qarabağ”ın transfer gündəmindədir.

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan klubu bu barədə 22 yaşlı futbolçunun həm özünü, həm də klubunu məlumatlandırıb.

Ağdamlılar qvineyalı ön xətt oyunçusunu ilk olaraq birillik icarəyə götürməyi planlaşdırır. Suma özünü doğruldacağı təqdirdə, daha sonra birdəfəlik transferi nəzərdə tutulacaq. Lakin “Malmö” rəhbərliyi buna müsbət yanaşmır.
 

İsveçlilər hazırda Polşanın “Radomyak” klubunda icarə əsasında çıxış edən Sumanın birdəfəlik satışını üstün tutur. Bunun üçün isə “Zirə”yə ödədiyi məbləği – 1,3 milyon avronu tələb edir. Ancaq “Qarabağ” tərəfi oyunçunun son bir ildəki performansını nəzərə alaraq, məbləği yüksək hesab edir.


Salifu Sumanın fərqli ölkədə çıxışı da istisna edilmir. Çünki onunla başqa klublar da maraqlanır. Lakin digər komandalar da oyunçunun icarəyə götürülməsini üstün tutur.

Qeyd edək ki, Sumanın “Malmö” ilə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO