Premyer Liqada HƏLLEDİCİ GÖRÜŞ – “Qarabağ” “Sabah”la ÜZ-ÜZƏ

Premyer Liqada HƏLLEDİCİ GÖRÜŞ – “Qarabağ” “Sabah”la ÜZ-ÜZƏ

Hazırda oxunan: Premyer Liqada HƏLLEDİCİ GÖRÜŞ – “Qarabağ” “Sabah”la ÜZ-ÜZƏ
607837
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha 2 oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçı Yevlaxda "Karvan-Yevlax"la "Şamaxı" arasında olacaq. Görüş saat 15:30-da başlayacaq.

Hazırda meydan sahibi komanda 11 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 8-ci pillədə qərarlaşıb.
 

Günün digər qarşılaşması isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan "Qarabağ" və "Sabah" mərkəzi arenada üz-üz gələcək. Prinsipial oyun saat 19:30-da başlayacaq.


Bakı klubu 66 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.

Qeyd edək ki, XXVIII turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edib, "Zirə" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib.

Tura aprelin 19-da yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO