Çempionluq yolunda VACİB GÖRÜŞ – “Sabah” “Qarabağ”a qalib gəlsə...

Çempionluq yolunda VACİB GÖRÜŞ – “Sabah” “Qarabağ”a qalib gəlsə...

Hazırda oxunan: Çempionluq yolunda VACİB GÖRÜŞ – “Sabah” “Qarabağ”a qalib gəlsə...
598662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bazar günü - martın 1-də Azərbaycan Premyer Liqasında çox vacib bir oyun olacaq. Belə ki, çempionluq üçün mübarizə aparan “Sabah” və “Qarabağ” komandaları Tofiq Bəhramov adına stadionda 22-ci turun oyununa çıxacaq. 

Oyunla bağlı Bizim.Media-ya açıqlama verən veteran futbolçumuz Mahmud Qurbanov qarşılaşmada komandaların şanslarını dəyərləndirib:

“Çox maraqlı və vacib oyundur. Çempionluq uğrunda mübarizə aparan iki kollektiv üz-üzə gələcək.
 

Fikrimcə, oyun hər iki tərəf üçün vacibdir. Düzdür, “Sabah” 7 xal öndədir. Amma qarşıda hələ çoxlu oyun var. 


“Qarabağ” Çempionlar Liqasında mübarizəni başa vurduqdan sonra bütün diqqəti daxili çempionata yönəldəcək. Oyunda komandaların şanslarını bərabər qiymətləndirirəm. Futbolda hər şey ola bilər. Ancaq bir şey var ki, qalib gələn komanda çempionluq yolunda yaxşı addım atmış olacaq. “Sabah” qalib gələrsə xal fərqini artıracaq. “Qarabağ” bunu edərsə, xal fərqini azaldacaq. Bir sözlə qələbə hər iki kollektiv üçün çox vacibdir. Hesab edirəm ki, azarkeşlər çox maraqlı oyunun şahidi olacaqlar”.

Qeyd edək ki, 21 oyunda 52 xal toplayan “Sabah” çempionatda birinci, 20 oyuna 45 xal qazanan “Qarabağ” isə ikinci pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO