Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Hazırda oxunan: Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR
596435
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci partiyaları keçirilib.

Bizim.Media xəbər verir ki, yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadəylə heç-heçə oynayıb.

İki partiyanın yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qalib gələn Ş.Məmmədyarov yarımfinala vəsiqə qazanıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva hər iki partiyada qalib gəldiyi Səbinə İbrahimovanı turnirdən kənarlaşdırıb. 2-0 hesablı qələbə sayəsində Ülviyyə Fətəliyeva yarımfinalda mübarizə aparmaq imkanı əldə edib. Azərbaycan çempionatının ötən ilki qalibi Günay Məmmədzadə hər iki partiyada Ayan Allahverdiyevaya məğlub olaraq yarışı tərk edib.

Read Səmədov-Rauf Məmmədov, Eltac Səfərli-Məhəmməd Muradlı, Nicat Abasov-Aydın Süleymanlı görüşlərində qalib müəyyənləşməyib. Nərmin Abdinova-Türkan Məmmədyarova və Gülnar Məmmədova-Xanım Balacayeva duellərində də bərabər hesab qeydə alınıb. Bu cütlüklərdə növbəti mərhələyə vəsiqənin taleyi sabah keçiriləcək tay-brekdə məlum olacaq.

Beləliklə hazırda 3 şahmatçı – Şəhriyar Məmmədyarov, Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva adını ölkə çempionatının yarımfinalına yazdırıb.

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR - foto 1
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO