“Qarabağ”ın kapitanı: “Bu cür meydançada zədələnmə riski böyükdür”

“Qarabağ”ın kapitanı: “Bu cür meydançada zədələnmə riski böyükdür”

Hazırda oxunan: “Qarabağ”ın kapitanı: “Bu cür meydançada zədələnmə riski böyükdür”

594207

“Bu cür meydançada oyun zamanı zədələnmə riski böyükdür”.

Bunu  “Qarabağ”ın futbolçusu Maksim Medvedev Gəncədə “Kəpəz”ə qarşı keçirilən Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra deyib.

Ağdam klubunun 34 yaşlı kapitanı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın ardından Gəncə şəhər stadionunun ot örtüyünün durumundan narazılıq bildirib: “Meydança yaxşı vəziyyətdə deyildi. Buna görə də təkbətək epizodlarda ehtiyatlı davranmağa çalışırdıq. Bu üzdən oyunun sürəti də azalırdı. İstər-istəməz düşündüyümüz taktikaları həyata keçirməkdə, əlimizə düşən imkanlardan yararlanmaqda çətinliklər çəkirdik. Buna baxmayaraq, bir xal qazandıq, yolumuza davam edirik”.

Qeyd edək ki, “Qarabağ” 57 xalla turnir cədvəlinə başçılıq edir, aktivində 14 xal olan “Kəpəz” isə 9-cu pillədə qərarlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO