Xəzər dənizindəunikal TAPINTI: suyu təbii təmizləyir - FOTO

Xəzər dənizindəunikal TAPINTI: suyu təbii təmizləyir - FOTO

Hazırda oxunan: Xəzər dənizindəunikal TAPINTI: suyu təbii təmizləyir - FOTO

629977

Xəzər dənizində suyun təmizlənməsinə kömək edən unikal molyusk aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “AkJayık” Dövlət Təbiət Qoruğunun mütəxəssisləri məlumat veriblər.

“AkJayık” Dövlət Təbiət Qoruğu Qazaxıstanın Atırau vilayətinin Mahambet rayonunda və Atırau şəhərinin ətrafında, Ural (Jayık) çayının Xəzər dənizinə töküldüyü ərazidə yerləşən unikal biosfer ərazisidir.

“Ural çayının deltası və Xəzər dənizi sahillərində biomüxtəlifliyin öyrənilməsi zamanı yalnız Xəzərə xas olan Pyrgohydrobia conica molyusku aşkar edilib”, – deyə alimlər bildirərək onun fotolarını da yayımlayıblar.
 

Məlumata görə, bu kiçik qarınayaqlı molyusk əsasən qamışlı dayaz sularda, həmçinin lil və qumdan ibarət dib hissələrində yaşayır. O, su ekosisteminin ekoloji vəziyyətini göstərən mühüm indikatorlardan biri hesab olunur.


“Kiçik ölçüsünə baxmayaraq, bu molyusk üzvi qalıqlar və mikroskopik yosunlarla qidalanaraq suyun təbii şəkildə təmizlənməsinə kömək edir. Bundan başqa, o, balıqlar və su quşları üçün qida zəncirinin mühüm hissəsidir”, – deyə qoruğun əməkdaşları vurğulayıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO