Nəhəng asteroid Yerə doğru yaxınlaşır

Nəhəng asteroid Yerə doğru yaxınlaşır

Hazırda oxunan: Nəhəng asteroid Yerə doğru yaxınlaşır

629975

Gələn həftənin bazar ertəsi, avqustun 10-da Ümumdünya vaxtı ilə saat 00:20-də "2019 NY2" asteroidi Yerin yaxınlığından keçəcək. Yerə Yaxın Obyektlərin Öyrənilməsi Mərkəzinin hesablamalarına görə, bu səma cisminin diametri 330 metrə çata bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "RMF24" nəşri yazıb.

Obyekt rəsmi olaraq potensial təhlükəli asteroid (PHA) kimi təsnif edilsə də, mütəxəssislər narahatlığa əsas olmadığını bildirirlər. Planetimizlə real toqquşma təhlükəsi yoxdur. Asteroidlər orbitləri Yerə 7,5 milyon kilometrdən daha yaxın məsafədən keçdikdə bu statusu alırlar. Bu dəfə "2019 NY2" Yer kürəsindən təxminən 2,5 milyon kilometr aralıdan keçəcək ki, bu da Yerlə Ay arasındakı orta məsafədən təqribən 6,5 dəfə çoxdur.
 

Buna baxmayaraq, sözügedən yaxınlaşma obyektin son 150 il ərzində Yerə ən yaxın keçidi olacaq. "2019 NY2" asteroidi Apollon qrupuna aiddir və onun orbital dövrü təxminən 2,3 il təşkil edir.


Bu yaxınlaşmanın NASA-nın ən böyük antenalarının köməyi ilə asteroidin detallı radiolokasiya skanının aparılması üçün unikal imkan yaradacağı gözlənilsə də, texniki məhdudiyyətlər səbəbindən müşahidələr ləğv edilib.(Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO