Volkan Demireldən Nəriman və Medina AÇIQLAMASI

Volkan Demireldən Nəriman və Medina AÇIQLAMASI

Hazırda oxunan: Volkan Demireldən Nəriman və Medina AÇIQLAMASI
591192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın oyunlarını izləyirəm və ümumilikdə çox uğurlu çıxış etdiklərini deyə bilərəm".

Bizim.Media xəbər verir ki, bu sözləri “Azərtac” dövlət agentliyinə müsahibəsində türkiyəli mütəxəssis Volkan Dəmirəl deyib.

O, Ağdam təmsilçisinin yaxşı formada olduğunu bildirib: “Bəzi oyunçularını diqqətlə izləyirəm və onlara gələcək matçlarda da uğurlar arzulayıram. Qarşıdakı görüşlər çətin olacaq, amma komandanın potensialı yüksəkdir və yaxşı nəticələr gözləmək olar”.

Mütəxəssis Azərbaycan çempionunun heyətində bəyəndiyi futbolçuların da adlarını çəkib:

“Xüsusilə Kevin Medinaya diqqət yetirirəm. Onu 2-3 il əvvəl izlədim və çox yaxşı müdafiəçi olduğunu gördüm. Nəriman Axundzadə isə son iki ildə komandaya həm çoxlu qollar, həm də vacib nəticələr qazandırıb. Onun çıxışını da yüksək qiymətləndirirəm. Bu oyunçuların həm fərdi, həm də komanda üçün böyük əhəmiyyəti var”.

Qeyd edək ki, Volkan Dəmirəl Türkiyə millisində və “Fənərbağça”dakı uğurlu çıxışı ilə tanınıb. Onun məşqçi kimi son klubu Ankaranın “Gənclərbirliyi” komandası olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO