"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

"Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?

Hazırda oxunan: "Fənərbağça" Şimanski ilə SAĞOLLAŞIR?
587434
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Fənərbağça"nın futbolçusu Sebastyan Şimanskinin klubdan ayrılacağı xəbərləri gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Məlumata görə, klub 10 milyon avro civarında təklif gələcəyi təqdirdə yarımmüdafiəçinin transferinə maraqlı olacaq. Rəhbərlik qış transfer pəncərəsində oyunçu ilə bağlı gələn təklifləri dəyərləndirməyə hazırdır.
 

Son dövrlərdə sərgilədiyi zəif oyun performansı ilə azarkeşlərin hədəfinə tuş gələn Şimanskinin Ziraat Türkiyə Kubokunda "Beşiktaş"la keçirilən derbidə də meydanda varlığı ilə yoxluğu bilinməyib. Onun derbidəki effektsiz oyunu ayrılıq iddialarını yenidən alovlandırıb.


Qeyd edək ki, Sebastyan Şimanski cari mövsümdə "Fənərbağça" forması ilə 24 oyuna çıxıb. O, bu görüşlərdə cəmi 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb ki, bu da gözləntilərin xeyli altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO