“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal DƏYİŞDİ

“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal DƏYİŞDİ

Hazırda oxunan: “Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal DƏYİŞDİ
584195
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqası liqa mərhələsinin 6-cı turunda “Qarabağ” - “Ayaks” matçının canlı yayımlanacağı kanal dəyişib.

Bizim.Media xəbər verir ki, matçın əvvəlcə “CBC Sport”da yayımlanması planlaşdırılsa da, sonradan qərar dəyişdirilib.

Belə ki, qarşılaşmanı “İctimai TV” yayımlayacaq. Bu barədə kanalın rəsmi sosial media hesabında məlumat paylaşılıb:

"Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur. "Qarabağ" klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub. Yayımçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ" – “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub".

Qeyd edək ki, qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO