DÇ-2026-nın seçmə mərhələsi: İngiltərə final mərhələsinə vəsiqə qazandı

DÇ-2026-nın seçmə mərhələsi: İngiltərə final mərhələsinə vəsiqə qazandı

Hazırda oxunan: DÇ-2026-nın seçmə mərhələsi: İngiltərə final mərhələsinə vəsiqə qazandı
575337
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Bizim.Media xəbər verir ki, Türkiyə millisi E qrupundakı dördüncü matçında Gürcüstan yığmasını qəbul edib.

Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:1. Bu qrupun digər görüşündə isə İspaniya seçməsi doğma meydanda Bolqarıstanı 4 cavabsız qolla üstələyib.

F qrupunda Portuqaliya millisi evdə Macarıstanla bacarmayıb - 2:2. I qrupunda Estoniya Moldova ilə heç-heçə edib, İtaliya İsrailə qalib gəlib.

K qrupunda isə İngiltərə millisi Latviyanın qapısından 5 cavabsız top keçirib, Serbiya kollektivi səfərdə Andorranı məğlub edib.

Bu nəticələrdən sonra xallarını 18-ə çatdıran İngiltərə millisi Avropa qitəsindən mundialın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

DÇ-2026

Seçmə mərhələ

14 oktyabr

E qrupu

22:45. İspaniya - Bolqarıstan - 4:0

22:45. Türkiyə - Gürcüstan - 4:1

Xal durumu: İspaniya - 12, Türkiyə - 9, Gürcüstan - 3, Bolqarıstan - 0.

F qrupu

22:45. Portuqaliya - Macarıstan - 2:2

22:45. İrlandiya - Ermənistan - 1:0

Xal durumu: Portuqaliya - 10, Macarıstan - 5, İrlandiya - 4, Ermənistan - 3.

I qrupu

20:00. Estoniya - Moldova - 1:1

22:45. İtaliya - İsrail - 3:0

Xal durumu: Norveç - 18, İtaliya - 15, İsrail - 9, Estoniya - 4, Moldova - 4.

K qrupu

22:45. Latviya - İngiltərə - 0:5

22:45. Andorra - Serbiya - 1:3

Xal durumu: İngiltərə - 18, Albaniya - 11, Serbiya - 10, Latviya - 5, Andorra - 1.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO