Konfrans Liqası:

Konfrans Liqası: "Qarabağ" pley-offa yüksələ bilər

Hazırda oxunan: Konfrans Liqası: "Qarabağ" pley-offa yüksələ bilər
44555
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Bizim.Media-nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olacaq.

Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Görüşü moldovalı FIFA referisi Dumitri Muntyan idarə edəcək.

"Kayrat"la oyun öncəsi Ağdam klubunun heyətində 3 itki var. Bədavi Hüseynov və Xayme Romero zədəli olduqları, Qaspar Panadero sıraya yenicə qayıtdığı üçün Qazaxıstana aparılmayıb.

Qurban Qurbanov “Kayrat”la oyun barədə: “Möhkəm olmalıyıq” 


Bundan başqa, "Neftçi" ilə Premyer Liqanın IX tur matçından (4:0) sonra sağ ayağının arxa əzələsində problem aşkarlanan Abdullah Zubirin meydana çıxması sual altındadır. 

Hazırda 7 xalla 2-ci pillədə qərarlaşan "Qarabağ" bu tur pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün "köhlən atlar" həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir.

Azərbaycan təmsilçisi "Kayrat"a qalib gəlsə və İsveçrə "Bazel"i Kiprdə "Omoniya"ya məğlub olmasa, ağdamlılar pley-offa adlayacaq. Hətta Qazaxıstanda mümkün heç-heçə və "Bazel"in səfər qələbəsi də "Qarabağ"ı qrupdan çıxara bilər.

Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirirlər

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO