"Qarabağ"ın Kayrat”la görüşü zamanı Bakıda hava necə olacaq?

Hazırda oxunan: "Qarabağ"ın Kayrat”la görüşü zamanı Bakıda hava necə olacaq?

42603

Bizim.Media xəbər verir ki, "Qarabağ" klubunun Qazaxıstanın “Kayrat” komandası ilə görüşündə hava şəraiti əlverişli olacaq. 

Saat 20:45-də başlayacaq oyun Tofiq Bəhramov adına stadionda keçiriləcək. Azarkeşlərin saat 19:00-dan stadiona girişi başladığı vaxtda hava tutqun olsa da yağış yağmayacaq.

Havanın temperaturu isə 13° istini göstərəcək.

Oyun zamanı da hava şəraiti dəyişməyəcək. Oyunun bitdiyi, azarkeşlərin stadiondan çıxdığı vaxt saat 22:30-da isə havanın temperaturu 11°-yə düşəcək.

Nisbi rütubət 67%, Atmosfer təzyiqi isə 774 mm.c.s olacaq.

Küləyə gəlincə...  

Şimal-qərb küləyi yavaş-yavaş axşama doğru səmtini dəyişərək cənub-şərq küləyi ilə əvəz olunacaq. Külək 3 m/s gücündə əsəcək.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO