Çempionlar Liqası:

Çempionlar Liqası: "Beşiktaş" uduzdu, "Real Madrid" qələbə çaldı – NƏTİCƏLƏR

Hazırda oxunan: Çempionlar Liqası: "Beşiktaş" uduzdu, "Real Madrid" qələbə çaldı – NƏTİCƏLƏR
42382
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, A qrupunda PSJ Fransada Almaniya "Leyptsiq"ini sınağa çəkib.

Görüş Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qollardan ikisini Lionel Messi vurub.

Gecənin ən maraqlı matçlarından biri B qrupunda baş tutub. İngiltərə "Liverpul"u İspaniyada "Atletiko" (Madrid) klubuna 3:2 hesabı ilə qalib gəlib. Madrid təmsilçisi 52-ci dəqiqədə azlıqda qalıb. Antuan Qrizmann birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qrupun digər oyununda İtaliya "Milan"ı Portuqaliyada "Portu"ya minimal hesabla uduzub.

C qrupunda Niderland "Ayaks"ı evdə Almaniyanın "Borussiya" (Dortmund) klubunu darmadağın edib - 4:0.

D qrupunda turnirin sürpriz komandası olan Moldova "Şerif"i İtaliyada "İnter"lə qarşılaşıb. İlk 2 görüşdə maksimum nəticəyə imza atan Tiraspol təmsilçisi bu dəfə məğlub olub. Digər oyunda İspaniya "Real Madrid"i Ukraynada Donetsk "Şaxtyor"unun qapısından 5 cavabsız top keçirib.

Çempionlar Liqası, qrup mərhələsi

III tur

19 oktyabr

A qrupu

20:45. "Brügge" (Belçika) - "Mançester Siti" (İngiltərə) - 1:5

Qollar: Hans Vanaken, 81 - Juan Kanselu, 30, Riyad Mahrez, 43 (penalti), Kayl Uoker, 53, Koul Palmer, 67

23:00. PSJ (Fransa) - "Leyptsiq" (Almaniya) - 3:2

Qollar: Kilian Mbappe, 9, Lionel Messi, 67; 74 (pen.) - Andre Silva, 28, Nordi Mukiele, 57

Xal durumu: PSJ - 7, "Mançester Siti" - 6, "Brügge" - 4, "Leyptsiq" - 0.

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Milan" (İtaliya) - 1:0

Qol: Luis Dias, 65

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3

Qollar: Antuan Qrizmann, 20; 34 - Məhəmməd Salah, 8; 78 (pen.), Nabi Keyta, 13

Qırmızı vərəqə: Antuan Qrizmann, 52 ("Atletiko")

Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 4, "Milan" - 0

C qrupu

20:45. "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) - 1:4

Qollar: Kayl Larin, 24 - Sebastyan Koates, 15; 27, Pablo Sarabia, 44 (penalti), Paulinyo, 89

23:00. "Ayaks" (Niderland) - "Borussiya" (Dortmund, Almaniya) - 4:0

Qollar: Marko Roys, 11 (avtoqol), Deyli Blind, 25, Antoni Santus, 57, Sebastyen Allye, 72

Xal durumu: "Ayaks" - 9, "Borussiya" - 6, "Sportinq" - 3, "Beşiktaş" - 0.

D qrupu

23:00. "İnter" (İtaliya) - "Şerif" (Moldova) - 3:1

Qollar: Edin Ceko, 34, Arturo Vidal, 58, Stefan De Vrey, 67 - Sebastyen Till, 52

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) -  "Real Madrid" (İspaniya) - 0:5

Qollar: Sergey Krivtsov, 38 (avtoqol), Vinisius Junior, 51; 56, Rodriqo, 65, Kərim Benzema, 90+1

Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 6, "İnter" - 4, "Şaxtyor" – 1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO