AFFA bəyan edib ki, sabah Azərbaycan yığması ilə qarşılaşacan Rusiya millisinin azarkeşləri Bakıda özlərini təhlükəsizlikdə hiss edəcəklər.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları öz işlərini bilirlər. Təhlükəsizlik ən yüksək səviyyədə təmin ediləcək. Moskvadakı son hadisələrin əutbola heç bir aidiyyəti yoxdur. Ona görə də həm Rusiyadan olan, həm də yerli azarkeşlər gözəl öyundan zövq ala bilərlər”, - AFFA-nın baş katibi Azerisport.com-a deyib.
Xatırladaq ki, Moskvanın cənubunda naməlum şəxs gənc moskvalını qətlə yetirib. Qatilin Qafqazdan və ya Orta Asiyadan olduğunu ehtimal edilir. Qərbi Birulyov rayonun sakinləri qətlin üstünün təcili açılmasını tələb edirlər. Ötən gün “Xalq gəzintisi” adı altında keçirilən aksiya kütləvi iğtişaşlara və miqrantlara qarşı kütləvi hücumlara çevrilib.




































































































