Milli Paralimpiya komandamızdan rekord

Milli Paralimpiya komandamızdan rekord

Hazırda oxunan: Milli Paralimpiya komandamızdan rekord
29128
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Paralimpiya komandası rekord sayda lisenziya ilə Tokio 2020-də Azərbaycanı təmsil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən  məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək ölkəmizə növbəti 35-ci lisenziyanı qazandırdı.

Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.

Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO