Şəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi

Hazırda oxunan: Şəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi

28145

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turniri start götürüb.

Bizim.Media xəbər verir ki,  iki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.

Belə ki, Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.

Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO