MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Hazırda oxunan: MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək
273498
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Bizim.Media xəbər verir ki, Şəkidə çövkən (Qırğızıstan - Küveyt, Qazaxıstan - Türkiyə), batut gimnastikası (ilk medalçılar müəyyənləşəcək), Qəbələdə isə badminton (Rusiya - Özbəkistan qarışıq komandaların final oyunu) təşkil olunacaq.

Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla saat 18:30-da qarşılaşacaq. Həmçinin, bu şəhərdə qılıncoynatma və üzgüçülük yarışları baş tutacaq.

Yevlaxda boks, Xankəndində isə oxatma yarışları təşkil olunacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO