“Traktor”un Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

“Traktor”un Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

Hazırda oxunan: “Traktor”un Çempionlar Liqasındakı rəqibləri bəlli oldu
265442
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Asiyanın ən nüfuzlu klub turniri – Asiya Çempionlar Liqasının Elit turnirinin püşkatma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, İran çempionu və Superkubokunun qalibi olan Təbrizin “Traktor” klubu da turnirdə çıxış edəcək.

Bu mövsüm yarışda ümumilikdə 24 komanda yer alacaq və onlar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda mübarizə aparacaq və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə yarışacaqlar.

Hər komanda səkkiz oyun keçirəcək. Onların nəticələrinə əsasən, "Qərb" və "Şərq"in hərəsindən səkkiz ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən "Qərb"lə "Şərq" birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri gələn il aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

Püşkatmanın nəticələrinə əsasən, “Traktor” "Qərb" zonasında evdə "Əl-Sədd" (Qətər), "Əl-Şorta" (İraq), "Əl-Duhail" (Qətər) və "Əl-Vahda" (BƏƏ) və səfərdə "Şabab Əl-Əhli" (BƏƏ), "Nasaf" (Özbəkistan), "Şarja" (BƏƏ) və "Əl-Qarafa" (Qətər) ilə qarşılaşacaq.

Turnir sentyabrın 15-də başlayacaq.

Asiya Çempionlar Liqası Elit turnirinin hazırkı qalibi Ərəbistanın “Əl-Əhli” klubudur.

Qeyd edək ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olan "Traktor” ölkənin Asiya Çempionlar Liqası Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi keçən mövsüm Asiya Çempionlar Liqası 2 turnirinə qatılıb və 1/4 finaladək irəliləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO