Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO

Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO

Hazırda oxunan: Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO
243891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəbələ-Xankəndi ultramarafonununun sonuncu - dördüncü mərhələsinin qalibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sona çatıb.

Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər.

Son mərhələnin qalibi kişilər arasında türkiyəli atlet Ömər Alkanoğlu olub. İkinci yeri onun həmyerlisi Üzeyir Söyləməz, üçüncü pilləni isə gürcüstanlı Georgi Lomidze tutublar.
 

Əvvəlki üç mərhələni Üzeyir Söyləməz birinci pillədə başa vurduğu üçün əsas mükafat ona verilib.


Qadınların mübarizəsində son mərhələni türkiyəli Hasibe Deniz birinci, ukraynalı Olena Şevçenko ikinci, Leyla Abdinova isə üçüncü sırada başa vurub.

Burada da ilk üç mərhələdə Olena Şevçenko bütün rəqiblərini qabaqladığı üçün əsas qalib o hesab edilib.

Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.
 

Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdaşa qədər 55 km məsafəni qaçıblar.


İdmançılar daha sonra Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdamadək (44 km) məsafəni qət ediblər. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər. (Report)

Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO - foto 1
Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO - foto 2
Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO - foto 3
Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO - foto 4
Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO - foto 5
Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO - foto 6
Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO - foto 7
Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO - foto 8
Türkiyəli atletlər Qəbələ-Xankəndi ultramarafonunda qalib gəldilər - FOTO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO