Avro-2020 bu gün başlayır – Azərbaycanda YAYIMÇI KİM OLACAQ? 

Hazırda oxunan: Avro-2020 bu gün başlayır – Azərbaycanda YAYIMÇI KİM OLACAQ? 

24369

Roma şəhərində bu gün start götürəcək Avropa çepionatı Bakıda davam edəcək.
Avropa çempionatının ilk oyun günündə bir matç keçiriləcək. Turnirin açılış oyununda İtaliya Türkiyə ilə qarşılaşacaq. Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim.Media xəbər verir ki, futbol azərkeşlərinin bir il həsrətini çəkdiyi dolu tribunalı top həyəcanının startına saatlar qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

AVRO-2020-nin TƏQVİMİ


Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. 

Sayca 16-cı olacaq Avropa çempionatının oyunlarına 11 şəhər - Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) ev sahibliyi edəcək. 

Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Bu gün start götürəcək futbol üzrə Avropa çempionatının matçlarını yayımlayacaq İctimai Televiziyada oyunları kimlərin şərh edəcəyi də bəlli olub.

Kanal bunun üçün İlqar Mikayıloğlu, Elnur Əşrəfoğlu və Asif Bağırov kimi simaları dəvət edib.

Bakı bu möhtəşəm futbol bayramını qəbul etməyə tam hazırdır. 124 mindən çox tamaşıçının canlı izləyəcəyi oyunlara hazırda 50 mindən çox bilet satılıb. Bu günlərdə ölkəyə 30 minə yaxın turistin gəlməsi gözlənilir.

Qeyd edək ki, Avropa çempionatının son qalibi Portuqaliya millisidir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO