Qusarda idmançılar və məşqçilərlə görüş keçirildi - FOTO

Qusarda idmançılar və məşqçilərlə görüş keçirildi - FOTO

Hazırda oxunan: Qusarda idmançılar və məşqçilərlə görüş keçirildi - FOTO
237860
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə gənc idmançılar və məşqçi müəllimlərlə görüş keçirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar şəhərindəki  Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Gənclər və İdman İdarəsinin işçi kollektivi, idman sahəsini təmsil edən gənclər və məşqçi müəllimlər iştirak edib.

Görüşdən əvvəl Qusar rayon Heydər Əliyev Mərkəzində şagirdlərin idman sahəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. 
 

Sahir Məmmədxanov görüş iştirakçılarını Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Gənc nəslin bu sahəyə marağının artırılmasının vacibliyini qeyd edən rayon rəhbəri idmanın kütləviliyinin təmin edilməsi, inkişafı istiqamətində görüləcək işlərdən bəhs edib. 


Görüş iştirakçıları rayon ərazisində stadionun istifadəyə verilməsi, ağır atletika, qol güləşi, üzgüçülük kimi idman növləri ilə məşğul olmaq üçün əlverişli şəraitin yaradılması və digər məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinə çatdırıblar. 

Qusarda idmançılar və məşqçilərlə görüş keçirildi - FOTO - foto 1
Qusarda idmançılar və məşqçilərlə görüş keçirildi - FOTO - foto 2
Qusarda idmançılar və məşqçilərlə görüş keçirildi - FOTO - foto 3
Qusarda idmançılar və məşqçilərlə görüş keçirildi - FOTO - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO