"Qarabağ" bu gün "Sumqayıt"ın qonağı olacaq

"Qarabağ" bu gün "Sumqayıt"ın qonağı olacaq

Hazırda oxunan: "Qarabağ" bu gün "Sumqayıt"ın qonağı olacaq
237389
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" Misli Premyer Liqasında bu gün "Sumqayıt"la üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, XXV turun matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qarşılaşma saat 19:30-da start götürəcək. "Köhlən atlar" hazırda 57 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 7-ci pillədə qərarlaşıb.

Turun açılış qarşılaşması isə Bakıda baş tutacaq. Saat 17:00-da "Səbail" və "Şamaxı" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klubu 18 xalla sonuncu - 10-cu, qonaqlar 21 xalla səkkizincidir.

Misli Premyer Liqası
III dövrə, XXV tur

3 mart

17:00.“Səbail” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“ASCO Arena”

19:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO