Voleybol üzrə Azərbaycan çempionatı BU TARİXDƏ başlayacaq

Voleybol üzrə Azərbaycan çempionatı BU TARİXDƏ başlayacaq

Hazırda oxunan: Voleybol üzrə Azərbaycan çempionatı BU TARİXDƏ başlayacaq
223115
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümə dekabrın 3-də start veriləcək.

Bizim.Media xəbər verir ki, həm qadınların, həm də kişilərin Yüksək Liqasında 6 komanda mübarizə aparacaq.
 

Reqlamentə əsasən liqalar 2 dövrədən ibarət olacaq (ev-səfər) və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Bu dövrələrdən sonra ilk 4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər.


Qadınlar: “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC.

Kişilər: MOİK, “Murov Az Terminal”, “Azərreyl”, “Xilasedici”, “Gənclər”, “Neftçi”.

Ölkə çempionatının 2024-2025-ci illər mövsümündə ilk qarşılaşmaları qadın komandaları arasında keçiriləcək. Dekabrın 3-də qadınların Yüksək Liqasında birinci turun oyunları baş tutacaq. Kişilərin mübarizəsində isə birinci turun oyunları 4-5 dekabr tarixlərində təşkil olunacaq.

Birinci turun oyun cədvəlləri

Azərbaycan çempionatı

Yüksək Liqa (qadınlar)

I tur


3 dekabr

14:00. “Gəncə” - “Abşeron”

Ünvan: Gəncə İdman sarayı

15:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl”

Ünvan: GİN-nin Voleybol Mərkəzi


17:00. “Murov Az Terminal” - UNEC

Ünvan: Murov Az Terminal VK-nın idman zalı

Yüksək Liqa (kişilər)

I tur

4 dekabr

15:00. “Murov Az Terminal” - MOİK

Ünvan: Murov Az Terminal VK-nın idman zalı

17:00. “Neftçi” - “Azərreyl”

Ünvan: GİN-nin Voleybol Mərkəzi

5 dekabr

16:00. “Gənclər” - “Xilasedici”

Ünvan: Sumqayıt OİK

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO