“Neftçi” “Qarabağ”ı məğlub edən məşqçi ilə DANIŞIQLAR APARIR

“Neftçi” “Qarabağ”ı məğlub edən məşqçi ilə DANIŞIQLAR APARIR

Hazırda oxunan: “Neftçi” “Qarabağ”ı məğlub edən məşqçi ilə DANIŞIQLAR APARIR
215718
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Neftçi” rəhbərliyi komandanı yenə əcnəbi məşqçiyə tapşırır. 

Bizim.Media xəbər verir ki, paytaxt klubuna bundan sonra Sergey Yakiroviç rəhbərlik edə bilər. 

Bosniyalı mütəxəssis artıq Bakıya gəlib. Hazırda tərəflər arasındakı danışıqların son mərhələsində olduğu bildirilir. Ciddi bir fikir ayrılığı yaranmasa, Yakiroviçlə ən qısa zamanda rəsmi müqavilə imzalanacaq. 
 

Xatırladaq ki, Yakiroviçin sonuncu iş yeri yeri Zaqreb “Dinamo”su olub. Xorvatiya çempionu bu mövsüm UEFA Çempionlar Liqasında məhz onun rəhbərliyi altında Azərbaycan çempionu “Qarabağ”ı hər iki oyunda məğlub edərək mərhələ adlayan tərəf olmuşdu. Böyük ehtimalla “Neftçi” Yakiroviçin məhz “Qarabağ”la oyunlardakı uğurları nəticələrinə, ağdamlıların Azərbaycandakı hegemonluğuna son qoymaq ümidi ilə onu seçib. 


Onu da qeyd edək ki, bosniyalı mütəxəssis ÇL-in Liqa mərhələsində Almaniya nəhəngi “Bayern”ə biabırçı məğlubiyyətdən (2:9) sonra sentyabrın 19-da “Dinamo”dan qovulmuşdu.

Yakiroviç “Dinamo”dan öncə “Riyeka”, “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb. 47 yaşlı mütəxəssis ötən mövsüm Zaqreb klubu ilə Xorvatiyada qızıl dubla imza atıb. O, 2021/2022 mövsümündə də “Zrinski”ni Bosniya və Herseqovina çempionu edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO