21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda oynanılacaq.
Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.
Bizim.Media