“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı - FOTO/VİDEO

“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı - FOTO/VİDEO

Hazırda oxunan: “Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı - FOTO/VİDEO
206377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, onların arasında gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, digər rəsmilər, eləcə də Olimpiadanın gümüş və bürünc medallarını qazanmış idmançılar olublar.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

 

“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı - FOTO/VİDEO - foto 1
“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı - FOTO/VİDEO - foto 2
“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı - FOTO/VİDEO - foto 3
“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı - FOTO/VİDEO - foto 4
“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı - FOTO/VİDEO - foto 5
“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıtdı - FOTO/VİDEO - foto 6
Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO