“Paris-2024”: Bu gün 3 idmançımız mübarizə aparacaq - FOTO

“Paris-2024”: Bu gün 3 idmançımız mübarizə aparacaq - FOTO

Hazırda oxunan: “Paris-2024”: Bu gün 3 idmançımız mübarizə aparacaq - FOTO
203893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın üç idmançısı bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.

Kişilərin yarışında Yaşar Nəcəfov (66 kiloqram) serbiyalı Straxinya Bunçiçlə qarşılaşacaq.

Qadınların mübarizəsində isə Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq. Azərbaycan millisinin qadın bayraqdarı ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkəcək. Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Günə boksçumuz Alfonso Dominqes (92 kiloqram) yekun vuracaq. Tokio Olimpiadasının bürünc mükafatçısı 1/8 finalda kubalı Xulio Sesar la Krusla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 18:18-də start götürəcək.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycan idmançılarından Diana Dımçenko akademik avarçəkmə növündə 2000 metr məsafəyə fərdi yarışda 1/4 finala vəsiqə qazanıb.

Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.
 

“Paris-2024”: Bu gün 3 idmançımız mübarizə aparacaq - FOTO - foto 1
“Paris-2024”: Bu gün 3 idmançımız mübarizə aparacaq - FOTO - foto 2
“Paris-2024”: Bu gün 3 idmançımız mübarizə aparacaq - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO