“Beşiktaş” italiyalı hücumçu ilə müqavilə bağladı

“Beşiktaş” italiyalı hücumçu ilə müqavilə bağladı

Hazırda oxunan: “Beşiktaş” italiyalı hücumçu ilə müqavilə bağladı
201907
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Latsio"dan Ciro İmmobileni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtalyan forvard artıq Türkiyədədir. Tibbi müayinədən keçdikdən sonra 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacaq. "Beşiktaş" bu transfer üçün Roma klubuna 2,5 milyon avro təzminat ödəyəcək. 
Qeyd edək ki, Ciro İmmobile 2016-cı ilin yayından "Latsio"da çıxış edirdi. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 340 rəsmi matçda 207 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO