Yamal:

Yamal: "Heç vaxt Messi kimi olmayacağam" - FOTO

Hazırda oxunan: Yamal: "Heç vaxt Messi kimi olmayacağam" - FOTO
201802
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya millisinin 16 yaşlı cinah oyunçusu Lamin Yamal “Barselona”nın sabiq hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi ilə müqayisə olunmasından danışıb.

Bizim.Media xəbər verir ki, o, bu müqayisələrin düzgün olmadığını söyləyib: 

“Messi ilə müqayisələr? Tarixin ən böyük futbolçusu ilə müqayisə olunmaq diqqəti yayındırır. Çünki sən heç vaxt onun kimi olmayacaqsan.

Messi ilə fotom ortaya çıxanda təbii ki, bundan xəbərim yox idi. Bu foto atamda hələ də var. Biz bu fotoları paylaşmamışdıq, çünki mənimlə Leo arasında müqayisə aparılmasını istəmədik”.

Xatırladaq ki, bundan əvvəl Lamin Yamal Avropa və dünya çempionatları tarixində ən gənc qol vuran futbolçu olub. Avro 2024-də Yamal 6 matçda iştirak edib, 1 qol vurub və 3 qolun ötürməsini verib. Bir neçə gün öncə Yamalla Messinin birgə fotosu yayılıb. Foto Yamal uşaq olarkən çəkilib. Bu şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Yamal:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO