“Mançester Yunayted” İngiltərə Kubokunun finalına yüksəldi - VİDEO

“Mançester Yunayted” İngiltərə Kubokunun finalına yüksəldi - VİDEO

Hazırda oxunan: “Mançester Yunayted” İngiltərə Kubokunun finalına yüksəldi - VİDEO

188295

“Mançester Yunayted” futbol üzrə ölkə kubokunun yarımfinal matçında İngiltərə çempionatının ikinci güclü divizionunda çıxış edən “Koventri”ni penaltilər seriyasında məğlub edib.

Bizim.Media xəbər verir ki, matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.

“Mançester Yunayted”in qollarını Skott Maktominay (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58) vurub.
“Koventri”nin qollarını Ellis Simms (71), Kallum O'Hare (79) və Hacı Rayt (90+5, penalti) vurub.

Penaltilər seriyasında isə “Mançester Yunayted”in futbolçuları daha dəqiq olublar - 4:2.

İngiltərə kubokunun finalında “Mançester Yunayted” şənbə günü Londonda “Çelsi”ni məğlub edən (1:0) “Mançester Siti” ilə qarşılaşacaq.

Həlledici qarşılaşma mayın 25-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

“Mançester Siti” hazırda İngiltərə Kubokunun sahibidir və ümumilikdə yeddi dəfə kuboku qazanıb. “Mançester Yunayted” isə 12 titul qazanıb. Ölkə kubokunda ən çox qələbə qazanan rekordçu 14 titulla Londonun “Arsenal”ıdır.
 

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO