Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”la, “Qəbələ” “Turan Tovuz”la üz-üzə gələcək

Hazırda oxunan: Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”la, “Qəbələ” “Turan Tovuz”la üz-üzə gələcək

186940

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək.

Meydan sahibləri 16 xalla sonuncu, Tovuz təmsilçisi 39 xalla 6-cı pillədə qərarlaşıb.

Günün digər matçında "Neftçi" və "Araz-Naxçıvan" komandaları üz-üzə gələcəklər. "Ağ-qaralar" 44 xalla 3-4-cü yerləri bölüşdürürsə, Naxçıvan klubu 32 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası, XXX tur

13 aprel (şənbə)

16:30. "Qəbələ" – "Turan Tovuz"

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Qəbələ şəhər stadionu

19:00. "Neftçi" – "Araz-Naxçıvan"

Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elman Musayev

"Neftçi Arena"

Qeyd edək ki, ötən gün "Sumqayıt" - "Zirə" qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO