Mariya Stadnik bu gün final görüşünə çıxacaq – Diqqətlər Varşavaya yönəlib

Hazırda oxunan: Mariya Stadnik bu gün final görüşünə çıxacaq – Diqqətlər Varşavaya yönəlib

18666

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 2 qadın güləşçisi mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, İrina Netrebanın (65 kq) ilk görüşü 1/8 finalda belaruslu Tatyana Pavlovaya qarşı olacaq.

Tatyana Varansova (53 kq) isə 1/4 finalda rusiyalı Olqa Xoroşavtsova ilə üz-üzə gələcək.

Avropa çempionatı

22 aprel

53 kq 1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya)

65 kq 1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus)

Eyni zamanda, 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) bolqarıstanlı Miqlena Selişka ilə final, Səbirə Əliyeva (76 kq) fransalı Vanessa Veskanla bürünc medal görüşünə çıxacaq.

50 kq Final: Mariya Stadnik - Miqlena Selişka (Bolqarıstan)

76 kq Bürünc medal uğrunda görüş: Səbirə Əliyava - Vanessa Veskan (Fransa)

Qeyd edək ki, təsnifat mərhələsinə Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal görüşlərinə saat 18:45-də, final mücadilələrinə isə saat 20:00-da start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO