Avropa çempionatında 11 boksçumuz mübarizə APARACAQ

Hazırda oxunan: Avropa çempionatında 11 boksçumuz mübarizə APARACAQ

185641

Bu gün Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.

Bizim.Media xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan millisi qüvvəsini sınayacaq.

Yığmamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. 

Məşqçilər korpusu Poreçdə Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), İbrahim Zeynalov (63,5 kq), Abbasqulu Şadlinski (67 kq), Ziya Həsənov (71 kq), Lalə Mədətova (48 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (66 kq) şans verəcək.
Komandaya Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev isə referilər sırasında yer alacaq.

Qeyd edək ki, yarışda 35 ölkədən 376 (253 oğlan, 123 qız) boksçunun iştirakı gözlənilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO