DYP futbol azarkeşlərinə müraciət etdi

DYP futbol azarkeşlərinə müraciət etdi

Hazırda oxunan: DYP futbol azarkeşlərinə müraciət etdi

181466

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi bu gün keçiriləcək “Qarabağ”-“Bayer Leverkuzen” oyunu ilə bağlı futbol azarkeşlərinə müraciət edib.

İdarədən Bizim.Media-ya bildirilib ki, müraciətdə oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

Qeyd edilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.
“Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”, - müraciətdə deyilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO