DYP

DYP "Qarabağ” - "Braqa” oyununa görə azarkeşlərə MÜRACİƏT ETDİ

Hazırda oxunan: DYP "Qarabağ” - "Braqa” oyununa görə azarkeşlərə MÜRACİƏT ETDİ

179325

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında bu gün keçiriləcək oyunu izləməyə gələn azarkeşlərə müraciət edib.

İdarədən Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə deyilir:

"Bu gün doğma komandamız “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO