Üç güləşçimiz Avropa çempionatının FİNALINDA

Hazırda oxunan: Üç güləşçimiz Avropa çempionatının FİNALINDA

178012

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə daha 5 çəkidə mübarizəyə start verilib.

Nihat Məmmədli (60 kq) ilk mərhələdə bolqarıstanlı Nedyalko Petrov üzərində inamlı qələbə qazanıb – 7:0.

Həmyerlimiz daha sonra danimarkalı Nikolay Mohammadiyə 3:2 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Məmmədli litvalı Justas Petraviçyusu tam üstünlüklə (8:0) məğlub edərək adını yarımfinala yazdırıb.
Yarımfinalda rumıniyalı Razvan Arnauta da eyni hesabla vaxtından əvvəl qalib gələn Nihat ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. Məmmədli həlledici görüşdə moldovalı Viktor Çiobanu ilə qarşılaşacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda serbiyalı Sebastyan Naddan güclü olub – 6:1. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevə də heç bir şans tanımayıb – 13:4. Cəfərov yarımfinalda norveçli Morten Toresenə 7:1 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həsrət həlledici görüşdə rusiyalı Ruslan Biçurinlə mübarizə aparacaq. 

Ülvü Qənizadə (72 kq) gürcüstanlı Giorgi Çxikvadzeni minimal fərqlə (2:1) üstələyib.

Pəhləvanımız fransalı Mamadassa Sillanı isə 4:3 hesabıyla xalçadan məyus yola salıb.

Qənizadə Ukraynanı təmsil edən soydaşımız Pərviz Nəsibovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olub – 5:3. Ülvü titulunu qorumaq üçün finalda Selçuk Canı məğlub etməyə çalışacaq.

Rafiq Hüseynov (82 kq) 1/8 finalda türkiyəli Alperen Berberə uduzub – 1:7. Rəqib finala yüksəldiyi üçün millimizin ən təcrübəli üzvü sabah təsəlliverici görüşə çıxacaq. Hüseynov gürcüstanlı Gela Bolkvadzeylə güləşəcək.
Murad Əhmədiyev (97 kq) debütdə hollandiyalı Tiron Sterkenburqa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO