Bakıdakı dünya kubokuna qatılacaq ölkələr müəyyənləşib - SIYAHI

Hazırda oxunan: Bakıdakı dünya kubokuna qatılacaq ölkələr müəyyənləşib - SIYAHI

177864

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı müəyyənləşib. 

Bizim.Media Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, apreldə baş tutacaq yarışa maraq kifayət qədər böyükdür. 

Belə ki, ev sahibi Azərbaycan millisi də daxil olmaqla, Dünya Kubokunda 46 komandanın gimnastları qüvvələrini sınayacaqlar. Andorra, Anqola, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Meksika, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Çin, Polşa, Cənubi Koreya, Moldova, Rumıniya, Serbiya, Sloveniya, Cənubi Afrika, İspaniya, Tailand, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan yığmaları Dünya Kubokunda iştirak üçün Azərbaycana gələcəklər.

Turnir aprelin 19-21-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO