Cüdoçularımızdan uğurlu START – Bir gündə 3 medal QAZANDILAR

Cüdoçularımızdan uğurlu START – Bir gündə 3 medal QAZANDILAR

Hazırda oxunan: Cüdoçularımızdan uğurlu START – Bir gündə 3 medal QAZANDILAR
175312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın cüdo millisi Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri turnirinin ilk gününü 3 medalla başa vurub.

Bizim.Media xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medal uğrunda görüşdə qalib gəlib. 

66 kiloqram çəkidə isə Azərbaycanın iki üzvü fəxri kürsüyə qalxıb. Yaşar Nəcəfov finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzaraq, fəxri kürsünün ikinci pilləsində yer alıb. Kamran Süleymanov isə bürünc mükafatçı olub.
Yığmanın digər üzvləri Balabəy Ağayev (60 kiloqram), Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kiloqram) turniri medalsız başa vurublar.

Qeyd edək ki, Qran-priyə yanvarın 28-də yekun vurulacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO