İspaniyalı legioner “Qarabağ”dan GETDİ 

İspaniyalı legioner “Qarabağ”dan GETDİ 

Hazırda oxunan: İspaniyalı legioner “Qarabağ”dan GETDİ 

172432

“Qarabağ”ın futbolçusu Qaspar Panadero Ağdam klubu ilə vidalaşıb. 

Bizim.Media xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

26 yaşlı hücumameyilli oyunçu vida məktubunda komandada işlərinin arzuladığı kimi alınmadığını etiraf edib.

Qeyd edək ki, “Qarabağ”a 2021-ci ilin yayında İspaniyanın “Kadiz” klubundan keçən Qaspar Panadero həmin vaxtdan bəri Azərbaycan çempionunun heyətində cəmi 4 oyunda iştirak edib.
O, 2022-ci ilin ilk 6 ayını AEK-də (Larnaka) icarədə keçirib, qalan müddətdə isə “Qarabağ”ın oyunçusu olsa da, meydana çıxmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO